Ağ Ev Venesuelaya qarşı üç hərbi variantı nəzərdən keçirir
Ağ Ev Venesuelaya qarşı üç hərbi variantı nəzərdən keçirir.
Crossmedia.az bu barədə "The New York Times"-a istinadən xəbər verir. Sözügedən variantlar bunlardır:
1)Maduronun ordudan dəstəyini zəiflətmək məqsədi ilə Venesuelanın hərbi obyektlərinə hava zərbələri endirilməsi;
2) Prezident Nikolas Maduronun ələ keçirilməsi və ya qətli üçün elitar “Dəniz Şirləri” (Navy SEALs) xüsusi bölməsinin göndərilməsi;
3) Hava limanlarını, neft yataqlarını və bir sıra infrastrukturu ələ keçirmək və terrorizmə qarşı mübarizə üzrə xüsusi qüvvələrin Venesuelaya göndərilməsi.
16:15 05.11.2025
Oxunuş sayı: 1825