Qazaxıstanda çoxarvadlılığın leqallaşdırılması təklif edilib
Qazaxıstanda çoxarvadlılığın qanuniləşdirilməsi məsələsi ölkədə geniş ictimai və siyasi müzakirələrə səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, Məclisin deputatı Abzal Kuspan parlament iclasında ölkədə ikinci həyat yoldaşı ilə evliliyin rəsmi şəkildə tanınmasını təklif edib. Deputatın sözlərinə görə, çoxarvadlılıq Qazaxıstan cəmiyyətində uzun illərdir faktiki şəkildə mövcuddur, lakin bu münasibətlər qanunla tənzimlənmədiyi üçün qadınlar hüquqi müdafiədən kənarda qalır.
O qeyd edib ki, hazırkı qadağalar real nəticə vermir və buna görə ya qanun daha ciddi şəkildə tətbiq edilməli, ya da dəyişdirilməlidir.
Deputat əlavə edib ki, bu təklif şəxsi maraqlarla bağlı deyil və onun ikinci dəfə evlənmək niyyəti yoxdur.
Türkan Kərimli
16:06 05.11.2025
Oxunuş sayı: 1199