Luvr muzeyində kibertəhlükəsizlik qalmaqalı: bütün sistem “Louvre” parolu ilə qorunub
Fransanın ən məşhur muzeylərindən biri olan Luvrda ciddi kibertəhlükəsizlik boşluqları aşkarlanıb.Luvr muzeyinin bütün videomüşahidə sistemi “Louvre” parolu ilə qorunurdu.
Crossmedia.az Liberation qəzetinə istinadən bildirir ki, muzey 2003-cü ildə yaradılmış və uzun illər ərzində təhlükəsizlik yeniləmələri almayan proqram təminatından istifadə edib. Bu vəziyyət dünyanın ən məşhur muzeylərindən birində ciddi kibertəhlükəsizlik problemlərinin mövcud olduğunu göstərir.
16:00 05.11.2025
Oxunuş sayı: 986