Şoyqudan ŞOK AÇIQLAMA: Zəngəzur dəhlizi ilə “Şimal–Cənub” dəhlizi bir-birinə rəqib deyil
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Zəngəzur dəhlizi ilə “Şimal–Cənub” nəqliyyat dəhlizinin bir-birinə rəqib olmadığını bildirib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, hər iki marşrut regionda ticarət və logistik əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
"Hesab edirəm ki, hər iki yolun mövcud olmaq hüququ var və onlar lazımdır. Bu yollar həm Azərbaycanın öz əraziləri ilə birləşməsinə, həm də ölkələr arasında ticarət əlaqələrinin genişlənməsinə xidmət edir”, – deyə Şoyqu qeyd edib.
O vurğulayıb ki, Rusiya böyük və inkişaf etmiş nəqliyyat infrastrukturu olan ölkədir və yeni yolların açılması yalnız əlavə imkanlar yaradır.
"Mən burada heç bir rəqabət görmürəm. Kimsə hansı istiqamətdən istifadə edəcək – bu, seçim məsələsidir. Əsas odur ki, yollar çox olsun. Hər bir yol – yaxşıdır”, – Şoyqu əlavə edib.
Mehriban İbrahimli
15:50 05.11.2025
Oxunuş sayı: 1243