Əraqçı: ABŞ ilə mümkün danışıqlar yalnız nüvə proqramı ilə bağlı olacaq
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ ilə ehtimal olunan dialoqun yalnız nüvə proqramı çərçivəsində aparıla biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, nazir bu barədə Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlama verib.
Əraqçı qeyd edib ki, Vaşinqton əvvəllər danışıqlar zamanı İranın raket proqramı və regional siyasəti ilə bağlı məsələləri gündəmə gətirib, lakin Tehran bu mövzularda mövqeyinin dəyişməz olduğunu bildirib.
“ABŞ həmişə raket proqramı və regionla bağlı suallar qaldırıb, lakin bizim mövqeyimiz aydındır. Əgər Amerika ilə hansısa danışıqlar baş tutarsa, onlar yalnız nüvə məsələsi ilə bağlı olacaq”, – deyə Əraqçı vurğulayıb.
Nazir İran–Oman siyasi məsləhətləşmələrinin mütəmadi xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, Tehran və Maskat arasında danışıqlar hər altı aydan bir iki paytaxtda keçirilir.
15:48 05.11.2025
Oxunuş sayı: 1327