Mirzoyan: Azərbaycanla sülhün davamlılığı qarşılıqlı maraqlardan asılı olacaq
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycanla sülhün əsas təminatı tərəflər arasında imzalanan və gələcəkdə imzalanacaq razılaşmaların qarşılıqlı fayda kəsb etməsindədir.
Crossmedia.az erməni mediasına istinadən xəbər verir.
Onun sözlərinə görə, məhz bu qarşılıqlı maraq bölgədə uzunmüddətli sabitliyin və sülh sazişinin davamlılığını təmin edəcək:
“Ermənistan bu razılaşmaları pozmaqda maraqlı olmayacaq, eyni zamanda, Azərbaycan və digər region ölkələri, o cümlədən, Türkiyə də bu prosesin pozulmasında maraqlı deyillər,” – deyə Mirzoyan qeyd edib.
Günel Verdiyeva
15:43 05.11.2025
Oxunuş sayı: 1115