İCESCO-nun Baş direktoru: Azad edilmiş ərazilərdə görülən işlər bir model kimi son dərəcə əhəmiyyətlidir
ICESCO-nun azad edilmiş ərazilərə son illərdə iki beynəlxalq texniki missiya göndərib və onlar vəziyyəti yerində qiymətləndiriblər.
Crossmedia.az-ın məlumatına görə, bunu ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər günü münasibətilə göndərdiyi təbrik məktubunda qeyd edib.
O, işğal zamanı zərər dəymiş mədəni irsin qorunması və bərpası üçün tövsiyələr verdiyini məmnuniyyətlə xatırladığını vurğulayıb:
"Biz bu səyləri təkcə Azərbaycanın deyil, bütün dünyanın münaqişədən sonrakı bölgələrində mədəni irsin qorunması üçün bir model kimi son dərəcə əhəmiyyətli hesab edirik".
İCESCO-nun Baş direktoru Qarabağa hər səfəri zamanı oradakı sürətli dəyişiklikləri böyük heyranlıqla izlədiyini deyib:
"Şəhər və kəndlərin yenidən qurulması, mədəni və dini abidələrin, təhsil müəssisələrinin bərpası və ictimai həyatın dirçəlişi bunun bariz sübutudur. Bu mühüm nailiyyətlər Sizin uzaqgörən liderliyinizin və Azərbaycanın daha firavan, daha sabit gələcəyi ilə bağlı əzminizin göstəricisidir".
13:48 05.11.2025
Oxunuş sayı: 1635