Dohada İkinci Dünya Sammitində iştirak edən ölkələr Ümumdünya Şəhərsalma Forumuna dəvət olunub
"Bu gün Dohada Sosial İnkişaf üzrə İkinci Dünya Sammiti çərçivəsində keçirilən "Sosial inkişafın əsası kimi əlverişli mənzil" sessiyasında mənzil siyasətinin sosial rifah və inklüziv inkişaf üçün əsas dayaqlardan biri olduğunu vurğuladıq."
Crossmedia.az xəbər verir ki, bu sözlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin "X" hesabındakı paylaşımında yer alıb.
O bildirib ki, Azərbaycanın milli mənzil siyasəti mənzili inklüziv inkişaf və sosial sabitliyin əsas dayağı kimi qəbul edir. Dövlətin mənzil strategiyasının önəmli istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzurda köçkünlərin mərhələli məskunlaşdırılması və dayanıqlı və yaşanılabilən şəhərlərin qurulmasıdır.
"Fəxr edirik ki, Azərbaycan BMT-nin Məskunlaşma Assambleyasının "Hər kəs üçün Münasib Mənzil" qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupun həmsədri seçilib və bu təşəbbüs çərçivəsində ədalətli və davamlı mənzil siyasətinin təşviqinə fəal töhfə verməyə davam edəcək. Bu istiqamətdə müzakirələrin davamı üçün 2026-cı ilin 17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu mühüm qlobal platforma olacaq. Bütün tərəfdaşları və ölkələri "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusunda keçiriləcək bu beynəlxalq tədbirdə Bakıda bir araya gəlməyə dəvət edirik", - A.Quliyev qeyd edib.


22:05 04.11.2025
Oxunuş sayı: 1166