Bakıda Azərbaycan və Fransa diplomatları arasında danışıqlar aparılıb
Fransa diplomatları Bakıda ikitərəfli münasibətlər və regional gündəmlə bağlı danışıqlar aparıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Sofi Laqout "X"dəki səhifəsində yazıb.
Diplomat qeyd edib ki, Azərbaycan və Fransa diplomatları arasında hərtərəfli və məhsuldar müzakirələr aparılıb:
"Fransa Prezidentinin kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalter və Fransa Xarici İşlər Nazirliyinin kontinental Avropa Departamentinin direktoru Bris Rokfey ikitərəfli münasibətlər və regional məsələləri müzakirə etmək üçün Azərbaycana gəliblər. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşlər keçirilib".
19:58 04.11.2025
Oxunuş sayı: 1546