Pakistanda Ali Məhkəmənin zirzəmisində partlayış baş verib
                                            Pakistanda Ali Məhkəmə binasının zirzəmisində qaz balonunun partlaması nəticəsində 12 nəfər xəsarət alıb. Məlumata görə, hadisə məhkəmə binasının zirzəmisində mərkəzi kondisioner sisteminin təmiri zamanı baş verib.
Crossmedia.az bu haqqda Samaa.tv-yə istinadən xəbər verir ki, xəsarət alanların hamısı avadanlıqların texniki xidməti ilə məşğul olan işçilərdir. Onlar dərhal yaxınlıqdakı tibb müəssisələrinə aparılıblar. İki nəfərin vəziyyəti ağırdır, kondisioner ustalarından birinin isə bədəninin 80 faizi yanıq xəsarətləri alıb.
Partlayış məhkəmə əməkdaşları arasında panikaya səbəb olub. Güclü zərbə dalğası binanı silkələyib və hakimlər, vəkillər, işçilər binanı tərk etməyə məcbur olublar.
Partlayışın səbəbləri araşdırılır. Rəsmilərin məlumatına görə, hadisə baş verən zirzəmi otağı Ali Məhkəmənin əməkdaşları üçün xidməti kafe kimi istifadə olunurdu.
Türkanə Məşədiyeva
13:56 04.11.2025
Oxunuş sayı: 1590