ABŞ İsraildən Rəfahdakı 200 HƏMAS döyüşçüsünün çıxmasına razılıq tələb edir
                                            Tramp administrasiyası İsraildən Rəfah rayonunda tunellərdə gizlənən təxminən 200 HƏMAS döyüşçüsünün həmin ərazidən çıxmasına imkan verməyi tələb edir.
Crossmedia.az “12-ci kanal”a istinadən xəbər verir.
Rəsmilər bildirirlər ki, ABŞ istəyir ki, İsrail döyüşçülərə Qəzza sektorunda HƏMAS-ın nəzarətində olan, “sarı xətt” adlanan əraziyə çıxmağa icazə versin. Ağ Ev tərəfdarlarının əsas arqumenti belədir: döyüşçülər İsrail nəzarətindəki ərazidə qaldıqca onlar ÇAHAL əsgərlərinə hücum edə və bu cür insidentlər zonada atəşkəsin pozulmasına səbəb ola bilər.
HƏMAS isə bildirir ki, tunellərdə gizlənən bəzi qruplarla əlaqəni itirib və eyni zamanda İsraili ultimatumla təhdid edib. Əgər döyüşçülərə çıxış icazəsi verilməsə, qrup qalan səkkiz girovun meyidini qaytarmayacağını bildirib.
ABŞ isə İsrail və HƏMAS arasında razılaşmanın birinci mərhələsindən ikinci mərhələsinə keçid etmək niyyətindədir və bunun üçün İsrailin siyasi rəhbərliyinin tunellərdə gizlənən döyüşçülərdən “barter kartı” kimi istifadə edib-etməyəcəyinə qərar verməsi tələb olunur.
Günel Verdiyeva
13:40 04.11.2025
Oxunuş sayı: 1088