Bəzi yerlərə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
                                            Bakıda və Abşeron yarımadasında noyabrın 5-də gündüzədək arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı, noyabrın 4-dən 5-nə keçən gecə və səhər isə bəzi yerlərdə yağışın intensivləşəcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, Azərbaycanın rayonlarında noyabrın 5-də gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.
13:23 04.11.2025
Oxunuş sayı: 1419