Şimali Koreya Pentaqon rəhbərinin səfəri ərəfəsində raketlər buraxıb
                                            Şimali Koreya, Pentaqon rəhbəri Pit Hegsetin iki Koreya arasında yerləşən demilitarizasiya olunmuş zonaya gəlməsindən təxminən bir saat əvvəl Cənubi Koreya istiqamətində təxminən 10 artilleriya raketi atıb.
Crossmedia.az “Younhap” agentliyinə istinadən xəbər verir.
Bundan əlavə, Şimali Koreya şənbə günü də 10 artilleriya raketi buraxıb. Həmin vaxt Cənubi Koreya Prezidenti Li Çje Myon və Çin Xalq Respublikasının sədri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Sammiti çərçivəsində Kyondju şəhərində yüksək səviyyəli danışıqlar aparırdılar.
Günel Verdiyeva
11:12 04.11.2025
Oxunuş sayı: 1221