Ermənistan nümayəndələri Azərbaycana gedəcək - Qriqoryan
                                            Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana cavab səfər edəcəklər.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.
O qeyd edib ki, bu il oktyabrın 21-22-də ilk dəfə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri İrəvana səfər ediblər:
"Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin də yaxın vaxtlarda Azərbaycana cavab səfəri gözlənilir”.
18:37 03.11.2025
Oxunuş sayı: 1863