Şuşada Qız məktəbinin əsaslı təmirinə 2,3 milyon manat sərf ediləcək
Şuşa şəhərinin Dəmir yumruq küçəsi, giriş 56-da yerləşən Qız məktəbində əsaslı təmir işləri aparılacaq.
Crossmedia.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi artıq bununla bağlı müvafiq işlərə başlayıb.
Qurum sözügedən işlərin 2,3 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, Qız məktəbi XIX əsr yerli əhəmiyyətli memarlıq abidəsidir.
Şuşa şəhəri işğaldan azad ediləndən sonra məktəbin bərpası ilə əlaqədar layihələndirilmə işləri görülür.
18:25 03.11.2025
Oxunuş sayı: 1604