Azərbaycanla Keniya penitensiar sahədə əməkdaşlığı müzakirə edib
Azərbaycanla Keniya penitensiar sahədə əməkdaşlığı müzakirə edib.
Bu barədə Crossmedia.az-a Ədliyyə Nazirliyi Penitensiar xidmətdən məlumat verilib.
Bildirilib ki, ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Keniyanın paytaxtı Nayrobidə keçirilmiş İslah Xidmətləri Həftəsinə qatılıb.
Nazir müavini tədbirin açılış mərasimində fəxri qonaq qismində çıxış edib. Konfrans daha sonra penitensiar sahənin inkişafı, məhkumların islah prosesi, rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi və digər mövzular ətrafında panel və işçi iclaslarda müzakirələrlə davam edib.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Keniya daxili işlər nazirinin baş katibi Salome M.Beacco ilə də görüş keçirib. Görüşdə Azərbaycanla Keniya arasında penitensiar sahədə təcrübə mübadiləsi, şəxsi heyətin təlimi, reabilitasiya və reinteqarsiya proqramları və digər istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib.
Eyni zamanda, Syerra-Leone və Esvatinin nazir müavinləri – Penitensiar xidmət rəisləri ilə də görüşlər keçirilib. Görüşlərdə Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev də iştirak edib.
Azərbaycan nümayəndə heyəti, həmçinin səfər çərçivəsində Nayrobi Qərb cəzaçəkmə müəssisəsinə də baş çəkib, məhkumlar üçün yaradılmış şəraitlə tanış olub.

19:09 27.10.2025
Oxunuş sayı: 1981