Hesablama Palatası: İstilik enerjisinin maya dəyəri əhali tarifini 2 dəfədən çox üstələyib
2024-cü ildə 1 Qkal istilik enerjisinin maya dəyəri bütün istehlakçı qrupları üzrə orta hesabla 37 manat olub.
Crossmedia.az xəbər verir ki, bu qənaətə Hesablama Palatası 2025-ci il üzrə İş Planına uyğun olaraq "Azəristiliktəchizat" ASC-də aparılan uyğunluq auditindən sonra gəlib.
Auditə görə, maya dəyəri əhali istehlakçı qrupu üzrə 43 manata yaxın təşkil edib ki, bu da tətbiq edilən sonuncu tarifi 2 dəfədən çox üstələyir.
Qeyri-əhali istehlakçı qrupu üzrə maya dəyəri isə müqavilə qiymətindən aşağı olub.
16:42 27.10.2025
Oxunuş sayı: 1052