Azərbaycan Qəzzada beynəlxalq missiyaya hərbi qüvvə göndərməyə hazırdır
Qəzzada davam edən humanitar böhran fonunda bölgədə sabitliyin bərpası istiqamətində beynəlxalq səylər güclənir. Müharibədən sonra yaranan gərgin vəziyyətin aradan qaldırılması məqsədilə bir sıra ölkələrin iştirakı ilə beynəlxalq missiyanın yaradılması planlaşdırılır. Bu prosesdə Azərbaycanın da fəal rol almağa hazır olduğu bildirilir.
Crossmedia.az “The Times of Israel” və “Ynet”a istinadən xəbər verir.
Mənbə bildirir ki, Azərbaycan ikiillik müharibədən sonra Qəzzadakı vəziyyətin sabitləşdirilməsi məqsədilə yaradılacaq beynəlxalq qüvvələrin tərkibinə hərbi kontingent göndərməyə hazırdır. Bu barədə İsrail parlamentinin üzvlərinə ölkənin Müdafiə Nazirliyinin nümayəndələri qapalı iclas zamanı məlumat veriblər.
Məlumata görə, missiyaya həmçinin İndoneziya və Pakistanın da qoşulması gözlənilir, lakin Pakistanın iştirakı hələ ki, rəsmən təsdiqlənməyib.
Zeynəb Xuduyeva
15:13 27.10.2025
Oxunuş sayı: 10957