Rusiya Azərbaycanla mədəni əlaqələri bərpa etməyə hazırdır
Rusiya Azərbaycanla humanitar və mədəni əlaqələri bərpa etməyə hazır olduğunu açıqlayıb. Bu barədə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.
Crossmedia.az Rusiya mediasına istinadən xəbər verir.
Onun sözlərinə görə, iki xalq əsrlik tarix və ortaq mənəvi-əxlaqi dəyərlərlə bağlıdır və münasibətləri tam miqyasda bərpa etməməyə heç bir ciddi səbəb yoxdur.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Mədəniyyət Nazirliyi Rusiya ilə bütün birgə mədəni tədbirlərin keçirilməsini dayandırmışdı.
Günel Verdiyeva
13:59 27.10.2025
Oxunuş sayı: 947