Azərbaycanın tranzit məhdudiyyətlərinin aradan qaldırılması tarixi addımdır - Paşinyan
Ermənistan baş naziri Paşinyan: Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərinin götürülməsi barədə bəyanatı tarixi əhəmiyyət daşıyır və Ermənistan blokadasının aradan qaldırılmasının ilk mərhələsini ifadə edir.
Crossmedia.az Ermənistan mediasına istinadən xəbər verir.
“ABŞ ilə TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində intensiv iş aparılır. Layihə həm bizim, həm də region üçün yenidir və bir çox nüanslara malikdir. Əminəm ki, mümkün olan ən qısa müddətdə bu məsələləri müzakirə edib, həll yolları tapacaq və layihəni reallaşdıracağıq”, — deyə Paşinyan bildirib.
Günel Verdiyeva
12:33 27.10.2025
Oxunuş sayı: 1060