Rusiya azərbaycanlı şərqşünas Ruslan Süleymanovu “xarici agent” siyahısına salıb
Rusiya Ədliyyə Nazirliyi azərbaycanlı şərqşünas, ADA Universitetinin Diplomatiya və İnkişaf İnstitutu və CBC-Azerbaijan telekanalı ilə əlaqəli olan Ruslan Süleymanovu “xarici agent” kimi tanıyanlar siyahısına daxil edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Ruslan Süleymanovun atası Lökbatandan, anası isə İrkutsk şəhərindəndir. O, 2017–2022-ci illərdə TASS informasiya agentliyində çalışıb, lakin Ukraynada müharibə başladıqdan sonra agentliyi tərk edib.
Süleymanov həmçinin “Paxlava Production” adlı kanalın müəllifidir və ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun frilanser əməkdaşı kimi fəaliyyət göstərib. O, Azərbaycan və ölkənin beynəlxalq əlaqələri barədə bir sıra məqalələr dərc edib.
Günel Verdiyeva
22:26 24.10.2025
Oxunuş sayı: 1449