Baqdasaryan İlham Əliyevin qərarını alqışlayıb
Tanınmış erməni bloger Roman Baqdasaryan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yük tranzitinə qoyulan qadağanı aradan qaldırmaq barədə verdiyi qərarı sülh və əməkdaşlığa doğru mühüm addım kimi qiymətləndirib. O bildirib ki, bu qərar regionda qarşılıqlı etimadın bərpasına və xalqlar arasında gərginliyin azalmasına xidmət edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə “Minval Politika” məlumat yayıb.
Məlumata görə, Baqdasaryan hesab edir ki, bu qərar xalqlar arasında etimadı möhkəmləndirəcək və hər iki ölkənin iqtisadi inkişafına töhfə verəcək. Onun sözlərinə görə, tranzitin bərpası Ermənistan üçün nəqliyyat xərclərini azaldacaq və daxili ehtiyaclara daha çox vəsait yönəltməyə imkan verəcək.
Blogerin fikrincə, bu addım həm də Ermənistan–Türkiyə münasibətlərinin normallaşmasına və sərhədlərin açılmasına müsbət təsir göstərə bilər.
Türkan Kərimli
16:34 24.10.2025
Oxunuş sayı: 1465