Azərbaycan-Qırğızıstan İnkişaf Fondu 3-cü ölkələrdə də fəaliyyət göstərə bilər
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu (AKDF) aktiv fəaliyyət göstərir, 4 investisiya müraciətini nəzərdən keçirib və ilkin təsdiq verib.
Crossmedia.az xəbər verir ki, bunu Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin sənaye, elm, texnologiya və innovasiya nazirlərinin 2-ci Toplantısı çərçivəsində jurnalistlərə bildirib.
Nazir iş adamlarını, Azərbaycan-Qırğızıstan birgə müəssisələrini və investorları AKDF-ni nəzərdən keçirməyə çağırıb: "Fondun Qırğızıstanda, Azərbaycanda və yaxud 3-cü ölkələrdə planlaşdırılan investisiya layihələrinin maliyyələşdirilməsi nəzərdən keçirilə bilər".
O, xatırladıb ki, Fondun nizamnamə kapitalının 25 milyon ABŞ dollarından 100 milyon ABŞ dollarına çatdırılması üçün işlər görülür.
14:25 24.10.2025
Oxunuş sayı: 1538