Maya Sandu Baş nazir vəzifəsinə Aleksandru Muntyanunun namizədliyini irəli sürüb
Moldova Prezidenti Maya Sandu parlament fraksiyaları ilə məsləhətləşmələrdən sonra Aleksandru Muntyanunun ölkənin baş naziri vəzifəsinə namizədliyinin irəli sürülməsi haqqında fərman imzalayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
"Ona parlamentin etimadını qazanacaq və vətəndaşların ən vacib gözləntilərini (sülhü qorumaq, ölkəni Avropa İttifaqına üzvlüyə hazırlamaq, iqtisadiyyatı gücləndirmək və insanların həyat səviyyəsini yüksəltmək) həyata keçirəcək hökumətin formalaşdırılmasında uğurlar arzulayıram ", - M.Sandu bildirib.
Təyin edilmiş namizəd etimad votumu üçün hökumət üzvlərini və proqramını parlamentə təqdim etməlidir.
13:22 24.10.2025
Oxunuş sayı: 1357