Anar Əliyev: Əlillik altsistemində süni intellekt əsaslı məsləhət mexanizmi hazırlanır
Əlillik altsistemində süni intellekt əsaslı məsləhət mexanizmi hazırlanır.
Crossmedia.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "SOCGOV 2025: Süni zəka insan və transformasiya üçün" adlı beynəlxalq konfransda deyib.
Nazir deyib ki, bu mexanizm Nəticədə həm qərarvermə prosesi sürətlənəcək, həm də obyektivlik və şəffaflıq səviyyəsi daha da artacaq.
Onun sözlərinə görə, Azərbaycanda "2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyası" təsdiq edilib:
"Süni intellekt imkanlarının tətbiqi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə fəaliyyət Nazirliyin Strategiyası çərçivəsində hazırlanmış 3 illik Yol Xəritəsinə uyğun şəkildə həyata keçirir"
10:37 24.10.2025
Oxunuş sayı: 1666