Gümrüdə meriya əməkdaşları həbs olunub
Ermənistanın Gümrü şəhərində üç meriya əməkdaşı həbs edilib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Onlar digər işçilərə uşaq bağçalarının direktorlarına uşaqları evə göndərmək, mitinqlərə qoşulmaq və icma rəhbərinin həbs edilməsinə imkan verməmək barədə göstərişlər verdikləri üçün məsuliyyətə cəlb olunublar.
Hadisə ilə bağlı istintaq İşlər Komitəsi tərəfindən aparılır.
Mehriban İbrahimli
22:45 23.10.2025
Oxunuş sayı: 1380