Rusiya təyyarələri Litva hava sərhədini pozdu
Bu gün axşam saatlarında Rusiya hərbi təyyarələri Litvanın hava məkanına icazəsiz daxil olub.
Bu barədə Crossmedia.az Litva prezidenti Gitanas Nausėdanın verdiyi məlumata istinadən xəbər verir.
Prezident bildirib ki, bu, beynəlxalq hüququn və Litvanın ərazi bütövlüyünün açıq şəkildə pozulmasıdır. Nausėda əlavə edib ki, bu hadisə Avropa hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinin nə qədər vacib olduğunu bir daha təsdiqləyir.
Litvanın Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki səfirliyinin nümayəndələrini çağıraraq “ağlabatan olmayan və təhlükəli davranışa” etirazını bildirəcək.
Mehriban İbrahimli
22:36 23.10.2025
Oxunuş sayı: 1342