Si Cinpin Rusiyaya silah satmamaq barədə söz verib: Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Çin lideri Si Cinpin ona Rusiyaya silah satmayacağına dair söz verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Zelenskinin sözlərinə görə, Çin hazırda Rusiyaya müəyyən dərəcədə yardım edir, lakin Ukraynaya dəstək göstərmir və nə Ukraynanın qələbəsində, nə də Rusiyanın məğlubiyyətində maraqlıdır.
“Bir şeyi dəqiq bilirəm: Çin Rusiyaya kömək edir, Ukraynaya yox və bizim qələbəmizdə maraqlı deyil”, – deyə Zelenski vurğulayıb.
Günel Verdiyeva
20:11 23.10.2025
Oxunuş sayı: 1381