Zelenski: Tomaqavk raketləri yalnız ABŞ-da deyil, Avropa ölkələrində də var

Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, “Tomaqavk” tipli uzaqmənzilli raketlər təkcə ABŞ-da deyil, bir sıra Avropa ölkələrinin arsenalında da mövcuddur. Onun sözlərinə görə, Ukrayna hazırda həmin ölkələrlə mümkün hərbi yardım istiqamətində danışıqlar aparır.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Zelenski bildirib ki, Ukraynanın öz müdafiə imkanlarını gücləndirməsi üçün bu tip silahların əldə olunması böyük əhəmiyyət daşıyır və proseslə bağlı diplomatik kanallar üzərindən aktiv iş aparılır.
18:41 23.10.2025
Oxunuş sayı: 1780