Gələn il Azərbaycana elektrik mühərrikli avtomobillərin idxalı və satışı ƏDV-dən azad olacaq

Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olacaq.
Crossmedia.az-ın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, 2026 yanvarın 1 dən 1 il müddətinə yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ƏDV-dən azad edilir.
15:05 23.10.2025
Oxunuş sayı: 1863