Azərbaycana gətirilən 1 ədəddən artıq mobil telefonlara 100 manat aksiz vergisi tətbiq ediləcək

Azərbaycana gətirilən mobil cihazlara gömrük rüsumu ilə paralel aksiz vergisi də tətbiq ediləcək.
Crossmedia.az-ın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Beləliklə, bazar qiymətindən asılı olmayaraq təqvim ili ərzində 1 ədəddən artıq mobil cihaz üçün 100 manat aksiz vergisi tətbiq olunacaq.
14:48 23.10.2025
Oxunuş sayı: 1325