Ağ Evin mətbuat katibi jurnalistə sərt cavab verdi

Ağ Evin mətbuat katibi Kerolayn Livit mətbuat konfransında jurnalistin sualına gözlənilməz cavab verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Jurnalisin “Putinlə görüş üçün Budapeşti kim seçib?” sualına K.Livit “Sənin anan” cavabını verib. Hadisə jurnalistin “sol yönümlü” media orqanını təmsil etdiyi brifinq zamanı baş verib. Cavabdan sonra jurnalist Livitə “Siz bu cavabı gülməli hesab edirsinizmi?” sualını ünvanlayıb. Mətbuat katibi isə cavabında bildirib: “Mənə gülməli gələn odur ki, siz özünüzü jurnalist hesab edirsiniz. Siz ifrat sol mövqeli bir yazarsınız və sizi heç kim ciddi qəbul etmir".
Xumar Emilqızı
11:37 18.10.2025
Oxunuş sayı: 1040