Pakistanın şimalında terror hücumu: 7 əsgər həlak olub, 13 nəfər yaralanıb

Pakistanın şimalında, Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristan bölgəsində yerləşən Haddi hərbi düşərgəsinə terror hücumu olub. Hadisə nəticəsində yeddi pakistanlı əsgər həlak olub, daha 13 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, hadisə barədə məlumatı “Reuters” yayıb. Məlumata görə, terrorçulardan biri partlayıcı yüklənmiş avtomobillə hərbi düşərgənin divarına çırpılıb. Daha iki silahlı şəxs isə düşərgə ərazisinə daxil olmağa cəhd göstərərkən zərərsizləşdirilib.
Hücumun məsuliyyətini Pakistan Talibanı ilə əlaqəli “Ceyş əl-Fursan Məhəmməd” adlı qruplaşma öz üzərinə götürüb.
Nihat Tahirov
14:48 17.10.2025
Oxunuş sayı: 1185