Yeni “Artemis ALM-20”: ABŞ və Ukraynanın “Shahed” dronlarına cavabı

Yeni uzun mənzilli Amerika-Ukrayna kamikadze pilotsuz uçan aparatı Artemis ALM-20 Rusiya ərazisində uğurlu sınaqlardan keçib. Dronun hazırda Ukrayna, ABŞ və Almaniyada kütləvi istehsala doğru irəlilədiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “Defence Express” nəşrinin məlumatına görə, layihə Amerikanın Auterion şirkəti və adı açıqlanmayan bir Ukrayna firması tərəfindən hazırlanıb. Mütəxəssislər Artemis ALM-20-ni texnologiya baxımından İranın Shahed-136 dronunun Qərb analoqu, lakin ondan daha inkişaf etmiş versiyası kimi qiymətləndirirlər.
Yeni dronun uçuş məsafəsi təxminən 1,600 kilometr, partlayıcı yükü isə 45 kiloqram təşkil edir. Auterion-un Skynode N kompüteri sayəsində cihaz süni intellektlə dəstəklənən vizual naviqasiya sistemi ilə idarə olunur.
Məsələ ilə bağlı iranlı sosial media istifadəçiləri də fəal reaksiya verərək, Artemis ALM-20-nin İranın Shahed seriyasına rəqib ola biləcəyini müzakirə ediblər.
13:07 17.10.2025
Oxunuş sayı: 1369