Fransa İranda həbs olunan vətəndaşlarının dərhal azad edilməsini tələb edir

Fransa hökuməti İran tərəfindən yenidən uzunmüddətli həbs cəzasına məhkum edilən vətəndaşları — Sesil Kohler və Jak Parisin dərhal azadlığa buraxılmasını tələb edib.
Crossmedia.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Konfavorio məsələ ilə bağlı açıqlamasında, hər iki şəxsin əsassız ittihamlarla və özbaşına şəkildə cəzalandırıldığını bildirib.
Paris üç ildən artıqdır ki, İranda saxlanılan hər iki şəxsə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulaylb. Nazirlik nümayəndəsi, Fransa vətəndaşlarına qarşı irəli sürülən casusluq ittihamlarının heç bir hüquqi əsasının olmadığını deyib.
Fransa tərəfi İran hakimiyyətinin bu addımını qəti şəkildə pisləyib və vətəndaşlarının azad olunması üçün diplomatik səyləri davam etdirəcəyini bəyan edib. Qeyd olunur ki, İran məhkəməsi adıçəkilən iki şəxsə ümumilikdə 60 ildən artıq həbs cəzası verib.
13:02 17.10.2025
Oxunuş sayı: 1437