Əl-Şaraa İsrailin mövqeyinə qarşı Rusiyanın dəstəyini istəyib

Suriya prezidenti Əl-Şaraa dünənki görüşdə Putindən Suriyanın cənubunda geniş bufer zonasının yaradılması ilə bağlı İsrailin mövqeyinə qarşı Rusiyanın dəstəyini istəyib.
Crossmedia.az "Reuters" agentliyinə istinadən xəbər verir.
Əl-Şaraa Putindən İsrailin qarşısını almaq və İD-nin bölgədəki fəaliyyətini məhdudlaşdırmaq üçün Suriyanın cənubuna Rusiya hərbi polis qüvvələrini yenidən yerləşdirməyi xahiş edib. Eyni zamanda Şamın hava hücumundan müdafiəsi üçün Şaraa Rusiyadan dəstək istəyib.
12:44 17.10.2025
Oxunuş sayı: 1466