Türkiyədə LGBT ilə bağlı yeni hüquqi tənzimləmələr olacaq

Doğuşdan gələn bioloji cinsiyyətə zidd davranışlar sərgiləyən və ya belə davranışları açıq şəkildə təşviq edən, tərifləyən və ya təbliğ edən şəxslər 1 ildən 3 ilədək həbs cəzası ilə cəzalandırılacaq.
Crossmedia.az xəbər verir ki, eyni cinsdən olan şəxslərin nişan və ya toy mərasimi keçirməsi halında onlara 1 il 6 aydan 4 ilədək həbs cəzası veriləcək.
Cinsiyyət dəyişmə yaşı 25-ə qaldırılacaq. Əməliyyat yalnız “elmi cəhətdən zəruriliyi sübuta yetirildiyi” təqdirdə həyata keçirilə biləcək.
12:43 17.10.2025
Oxunuş sayı: 1208