Maduro ABŞ-dan rədd cavabı alıb

Venesuela prezidenti Nikolas Maduro ABŞ-a istefasını təklif etsə də, rədd cavabı alıb.
Crossmedia.az xəbər verir ki, Tramp administrasiyası Venesuela hökumətinin prezident Nikolas Maduronun üç il ərzində tədricən istefa verməsi və səlahiyyət müddətini 2031-ci ildə başa vuracaq prezidentliyə namizədliyini irəli sürmək hüququ olmayan müavini Delsi Rodrigesə təhvil verməsi təklifini rədd edib.
Venesuelanın təklifi Tramp administrasiyasının təzyiqlərini azaltmaq məqsədi daşıyırdı, lakin Karakasın narkotik kartellərini dəstəkləməyə davam etdiyi iddiası ilə rədd edilib.
12:41 17.10.2025
Oxunuş sayı: 1232