Avropa Ukraynaya Amerika silahlarının iki partiyasını təhvil verib

Avropa ölkələri artıq Ukraynaya Amerika silahlarının iki partiyasını maliyyələşdirib və təhvil verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Agentliyin məlumatına görə, növbəti iki partiya artıq “hazırlıq mərhələsindədir”. Daha yeddi ölkə qarşıdan gələn tədarüklərin maliyyələşdirilməsində iştirak etməyə hazırdır, baxmayaraq ki, agentlik hansı ölkələrin təşəbbüsə qoşulmaq niyyətində olduğunu açıqlamayıb.
Bloomberg mənbələri həmçinin bildirib ki, Vladimir Zelenski ABŞ prezidenti Donald Trampı Ukraynaya silah verməyə inandırmaq üçün “vədlər siyahısı” hazırlayıb.
12:30 17.10.2025
Oxunuş sayı: 1142