Donald Tramp Vladimir Putinlə “uzunmüddətli” danışıq apardığını bildirib

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə “uzunmüddətli” telefon danışığı apardığını açıqlayıb.
Bu barədə Crossmedia.az Donald Trampın Truth Social platformasında paylaşımına istinadən xəbər verir.
Onun sözlərinə görə, söhbət hələ davam edir və yekunlaşdıqdan sonra danışıqların məzmunu barədə həm özü, həm də Prezident Putin məlumat verəcək.
“Hazırda Prezident Putinlə danışıram. Söhbət davam edir, uzun çəkir və yekunlaşdıqdan sonra mən də, Prezident Putin də məzmunu barədə məlumat verəcəyik. Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm!” – deyə Tramp bildirib.
Qeyd edək ki, bu hadisə Ukrayna Prezidenti Vladimir Zelenskinin Ağ Evdə qəbulundan bir gün əvvəl baş verir.
Mehriban İbrahimli
19:59 16.10.2025
Oxunuş sayı: 1518