Ramiz Mehdiyev ifşa edildi, növbə davamçılarınındır- Siyahıda kimlər var?

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilərək, barəsində edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bu barədə Crossmedia.az-a danışan jurnalist, siyasi şərhçi Fərid Şahbazlı söyləyib ki, Ramiz Mehdiyev uzun illər dövlətin içərisində sistemli şəkildə kök salmış, hakimiyyətin dayaqlarını sarsıtmağa yönəlmiş gizli bir şəbəkənin əsas memarlarından biri olub: "Onun fəaliyyətinin əsas məqsədi heç vaxt dövlətə və möhtərəm Cənab Prezidentə xidmət olmayıb.O, həmişə öz şəxsi maraqlarını və hakimiyyət ambisiyalarını milli maraqlardan üstün tutub. Daha acınacaqlısı odur ki, təəssüf ki, Mehdiyevin siyasi varisləri bu gün də müxtəlif adlar altında ictimai-siyasi sektorda, media mühitində və bəzi qərarverici dövlət strukturlarında fəaliyyət göstərirlər. Onlar illərlə formalaşmış “Mehdiyevçi” düşüncə tərzini yaşadır, dövlətin daxildən zədələnməsi üçün görünməz manevrlər həyata keçirirlər".
"Bu insanlar milli kadrların irəli çəkilməsinə mane olur, sağlam düşüncəli şəxsləri kənarlaşdırır, cəmiyyətdə dövlətə və Prezident İlham Əliyevə qarşı süni narazılıq yaratmağa çalışırlar. Şübhəsiz ki, buna heç bir zaman nail ola bilməyəcəklər. Mehdiyevin ifşası ilə bu sistemin də köklərini tam kəsmək, dövlətə sədaqətsiz elementləri idarəçilikdən uzaqlaşdırmaq artıq bir milli təhlükəsizlik məsələsidir",- o bildirib.
Kənan Novruzov
22:46 15.10.2025
Oxunuş sayı: 1723