Xalqın etimadını doğruldan Xilaskar Prezident - Deputat

"2003-cü il 15 oktyabr tarixi müasir Azərbaycan dövlətçiliyinin inkişaf yolunda mühüm mərhələ kimi yadda qalıb. Məhz həmin gün Azərbaycan xalqı öz gələcəyini, sabitliyini və inkişafını Cənab Prezident İlham Əliyevin şəxsində gördü və ona böyük etimad göstərdi. Bu bir ideyanın, Ulu Öndər Heydər Əliyev siyasətinin davamlılığının təsdiqi idi".
Bu fikirləri Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.
O bildirib ki, Prezident İlham Əliyev 22 ildir ki, xalqın etimadını şərəflə doğruldur: "Onun rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətinə, beynəlxalq arenada söz sahibinə çevrilib. Ölkəmizdə iqtisadi yüksəliş, ordu quruculuğu, sosial islahatlar və diplomatik uğurlar məhz bu dövrün reallıqlarıdır.
Xalqın inamı, dövlətin qüdrəti, milli birliyin bərpası Möhtərəm Cənab Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasətinin nəticəsidir. 2020-ci ildə qazandığımız tarixi Zəfər bu siyasətin zirvəsidir və xalqın, ordunun, prezidentin bir amal ətrafında birləşməsinin təntənəsidir.
Bu gün Azərbaycan Prezidenti beynəlxalq səviyyədə sülhün və ədalət təşəbbüskarı, nümunəvi diplomat kimi qəbul edilir. Onun “Güclü dövlət, layiqli vətəndaş, suveren siyasət” prinsipi Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirir. Xilaskar Prezidentimiz İlham Əliyev hər zaman xalqına arxalanır və xalq ona güvənir. Bu qarşılıqlı etimad Azərbaycanı parlaq sabahlara aparan ən böyük dəyərdir".
Kənan Novruzov
20:38 15.10.2025
Oxunuş sayı: 1711