Azərbaycanla Beynəlxalq Telekommunikasiya İttifaqı arasında saziş təsdiqlənib

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı Saziş”in təsdiq edilib.
Crossmedia.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.
Qeyd edək ki, Saziş 2025-ci il iyunun 25-də Cenevrə şəhərində və 2025-ci il iyulun 11-də Bakı şəhərində imzalanıb.
16:26 14.10.2025
Oxunuş sayı: 1883