Rəhman Hacıyev: Qarabağda minatəmizləmə işlərinin 95 %-i Azərbaycanın vəsaiti hesabına həyata keçirilir

Qarabağda minatəmizləmə işlərinin 95 %-i Azərbaycanın öz vəsaiti hesabına həyata keçirilir.
Crossmedia.az xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev "BakuBuild" – 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi və "Rebuild Karabakh – 2025" – 5-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, baxmayaraq ki, Azərbaycan hələ Ottava Konvensiyasına qoşulmayıb, ölkəmiz könüllü şəkildə bu sənədin bütün tələblərini yerinə yetirir: "Ən önəmlisi isə odur ki, beynəlxalq institutların dəstəyi olmadan, yalnız öz resurslarımız hesabına Azərbaycan bu sahədə dünyada nümunəvi bir modelə çevrilib".
R.Hacıyev əlavə edib ki, Qarabağ bu gün Azərbaycan üçün "innovasiyalar poliqonu"na çevrilib: "İlk dəfə ağıllı kənd və ağıllı şəhər konsepsiyaları Qarabağda tətbiq olunub. Burada sınaqdan keçirilən idarəetmə və şəhərsalma modelləri artıq ölkənin digər bölgələrində də tətbiq olunur. Qarabağ şəhərlərinin baş planlarına nəzər salanda görürük ki, bu şəhərlər dünyanın ən müasir və gözəl şəhərləri ilə rəqabət apara biləcək səviyyədədir".
12:29 14.10.2025
Oxunuş sayı: 946