Azərbaycan və Qazaxıstan arasında Orta Dəhlizlə bağlı hökumətlərarası sənəd imzalanacaq

Orta Dəhlizin strateji əhəmiyyətini xüsusilə vurğulamaq istəyirəm.
Crossmedia.az xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasında deyib.
O bildirib ki, dəhlizin daha da inkişafı və səmərəliliyinin artırılması üçün bütün səyləri göstərmək lazımdır.
"Bu istiqamətdə hökumətlərarası sənədin imzalanması mühüm addım olacaq. Bu kontekstdə Zəngəzur dəhlizi layihəsi xüsusi əhəmiyyət kəsb edir. Qazaxıstan bu təşəbbüsü dəstəkləyir və onu bütöv və dayanıqlı nəqliyyat arxitekturasının formalaşmasının vacib elementi kimi görür" - Qazaxıstanlı nazir qeyd edib.
11:41 14.10.2025
Oxunuş sayı: 979