Deputatlar arasında qarşıdurmaya aydınlıq gətirildi: "Xaric edilib"

Bu gün Milli Məclisin deputatı Elçin Mirzəbəyli uzun illərdən bəri üzv olduğu "Ədalət, Hüquq, Demokratiya" Partiyasından xaric edilib. Partiya sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev mediaya açıqlamasında: “Elçin Mirzəbəylinin müstəqil şəkildə siyasi analitika ilə məşğul olmaq istəyini nəzərə alaraq onu partiyadan xaric etdik” desə də, Elçin Mirzəbəyli açıqlamasında bu fikri təkzib edib. O, partiyadan öz iradəsi ilə çıxmadığını bildirib: “Bununla bağlı müraciət də etməmişəm. Partiyanın İdarə Heyəti qərar verib. Ayın 29-da partiya sədrinin müavinliyindən azad olunmuşdum, ondan da xəbərim yox idi. Bu gün də siz dediyiniz xəbəri mətbuatdan oxumuşam”.
Crossmedia.az mövzu ilə bağlı “Ədalət, Hüquq, Demokratiya” Partiyasının sədr müavini Niyaməddin Orduxanlı ilə əlaqə saxlayıb:
“Hər hansı qarşıdurmadan söhbət gedə bilməz. Elçin Mirzəbəyli xaric edilib, mətbuat da bu məlumatı yayıb”.
Ayhan
16:34 13.10.2025
Oxunuş sayı: 4190
