"Birlik – 2025" təlimində iştirak edəcək heyət Özbəkistana yola düşüb

Özbəkistanın Səmərqənd vilayətində keçiriləcək "Birlik - 2025" birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb.
Crossmedia.az bu barədə Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin iştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrin hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının daha da artırılması, regionda dayanıqlı sülhün qorunması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
"Birlik - 2025" birgə regional təlimi oktyabrın 21-dək davam edəcək.
18:34 11.10.2025
Oxunuş sayı: 1757