Gəncə şəhərinə dördüncü raket hücumundan 5 il ötür

2020-ci il oktyabrın 11-də, atəşkəs sazişi imzalandıqdan cəmi bir neçə saat sonra, yerli vaxtla saat 02:00-da Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə dördüncü dəfə raket zərbəsi endirib.
Crossmedia.az xəbər verir ki, atəş Ermənistanın Berd rayonu istiqamətindən “Scud” tipli ballistik raketlərlə açılıb. Raket birbaşa yaşayış binasına düşərək onu tamamilə dağıdıb.
Hücum nəticəsində 205 nəfərin yaşadığı 95 mənzilə ziyan dəyib. Raket zərbəsi nəticəsində 10 nəfər həlak olub, 40 nəfər yaralanıb. Qurbanlar arasında qadınlar və uşaqlar da olub.
Səbiyyə Zayirova
14:18 11.10.2025
Oxunuş sayı: 3098