Yalnız bundan sonra Azərbaycan-Ermənistan arasında sülh sazişi imzalana bilər - Deputat

8 avqust 2025-ci ildə Vaşinqtonda sülh müqaviləsinin mətninin paraflanması Azərbaycan-Ermənistan arasında sülh əldə olunması yolunda atılmış ən böyük addımlardandır. Bu addım bütün region və bir çox dünya dövlətləri tərəfindən yüksək qiymətləndirildi. Müdafiə naziri Zakir Həsənov Ankarada türkiyəli həmkarı Yaşar Gülər və gürcüstanlı həmkarı İrakli Çikovani ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib ki, sülh sazişinin paraflanması müharibəyə son qoyulması istiqamətində mühüm addım oldu. Bəli bu böyük addım idi. Bəs bundan sonar Ermənistanın üzərinə hansı öhdəlik düşür və hansı addımları atmalıdır?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Asim Mollazadə Crossmedia.az-a açıqlama verib: “Ermənistan Vaşinqtonda sülh müqaviləsinin paraflanmasından sonra konstitusiyasında olan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Düşünürəm ki, yalnız bundan sonra sülh sazişi imzalana bilər”.
Ayhan
20:58 10.10.2025
Oxunuş sayı: 1341