Səfir: Türkmənbaşı-Bakı-Türkmənbaşı marşrutu üzrə konteyner daşımaları təxminən üç dəfə artıb

Türkmənbaşı-Bakı-Türkmənbaşı marşrutu üzrə konteyner daşımaları son illər təxminən üç dəfə artıb.
Crossmedia.az xəbər verir ki, xəbər verir ki, bunu Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov Türkmənistanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, bütövlükdə ölkələrimiz arasında xarici ticarət dövriyyəsi iki dəfədən çox artıb və bu, strateji tərəfdaşlığın sabit inkişafını nümayiş etdirir.
Səfir qeyd edib ki, Azərbaycan ilə Türkmənistan arasında iqtisadi əlaqələr son illər xeyli möhkəmlənib.
"Xəzər dənizi xüsusilə vacibdir, çünki o, geosiyasi qeyri-sabitlik şəraitində Şərqlə Qərb arasında həyati əlaqəyə çevrilərək fəal inkişaf edən nəqliyyat və logistika marşrutları üçün mərkəzdir", - o vurğulayıb.
Q.Elyasov qeyd edib ki, dövlət başçıları - Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov və Azərbaycan Prezidenti İlham Əliyevin daimi diqqət və qayğısı ikitərəfli əlaqələri möhkəmləndirir və ticari-iqtisadi, siyasi, enerji, nəqliyyat, mədəni və humanitar sahələrdə əməkdaşlığın daha da inkişafı üçün stimul yaradır.
19:56 10.10.2025
Oxunuş sayı: 703